Qamət Süleymanov Suriyaya gedən azərbaycanlı qadınlardan danışdı





Azərbaycanın sələfi təriqətinin lideri, "Əbu Bəkr” məscidinin imamı Qamət Süleymanov Suiryaya Əsəd rejiminə qarşı döyüşlərə gedən azərbaycanlıları qınayıb.
Azvision.az-ın məlumatına görə, Q.Süleymanov son günlər Azərbaycandan kişilərlə yanaşı qadınların Suiryaya cihada getməsinə münasibət bildirərək bu halların sələfi əqidəsinə yad olduğunu deyib.
O, Azərbaycanlı qadınların Suriyada "cihad kəbini”nə girməsinin dini baxımdan qəbul edilmədiyini diqqətə çatdırıb.
"İslamda "cihad kəbini” yoxdur, olmayıb. Bu yalandır. Mənə elə gəlir ki, bu, Bəşər Əsədə, Suriya hökumətinə bağlı qüvvələrin fikridir. Belə kəbib batildir.
Birincisi, sələfi ora getməz. Sələfi əqidə və minhəcinə mənsub olan adam ora getməz. O ki qaldı qadın... Qadın ümumiyyətlə gedə bilməz. Qadın naməhrəmsiz kənara çıxa bilməz, xüsusən də səfərə”, - deyə Q.Süleymanov vurğulayıb.