Ərdoğandan xəbərdarlıq: Taksimi unudun!





İstanbulun Taksim meydanı 1 May yürüşünün keçirilməsi üçün yer deyil.
Bunu Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan deyib.
Baş nazir bəyan edib ki, Taksim meydanında yürüş keçirməyi unutmaq lazımdır.
R.T.Ərdoğan həmçinin bildirib ki, hökumət 1 May yürüşü zamanı ölkədə vəziyyətin gərginləşməsində maraqlı deyil.
Bir müddət əvvəl Türkiyənin daxili işlər naziri Əfqan Əla jurnalistlərə açıqlamasında bildirib ki, 1 May yürüşləri Taksim meydanında keçirilməyəcək: "Taksim meydanı hər hansı yürüşün keçirilməsi üçün uyğun yer deyil, bu səbəbdən də 1 May yürüşləri Taksimdə deyil, başqa yerlərdə keçirilsin".
Onun sözlərinə görə, kütləvi toplantılar keçirildiyi zaman bir çox şeylər, o cümlədən əhalinin təhlükəsizliyi nəzərə alınmalıdır.
Türkiyənin əsas müxalifəti - Cümhuriyyət Xalq Partiyası (CHP) bu gün verdiyi açıqlamada qadağalara baxmayaraq, partiya tərəfdarlarının mayın 1-də İstanbuldakı Taksim meydanına toplaşacağını bildirib./trend/