4 il arayla iki qızı yoxa çıxıb
07:53 31.03.2021
Arxiv
1294
Ağrılı ana evin qapısında oturub, yollarını gözləyir
Türkiyənin Van bölgəsində 9 uşaq anası Sabah Şeyho 4 il arayla 2 qız övladını itirib. Vanın İpəkyolu kəndində 4 il öncə evdən çıxan suriyalı Cəvahir Həsəndən indiyə qədər xəbər yoxdur. Ən dəhşətlisi isə bundan 4 gün əvvəl eyni şəkildə Cəvahirin böyük bacısı Yetər Həsənin də ortadan yox olmasıdır.
Ailə 7 il əvvəl Suriyanın Hələb şəhərindən daxili müharibə səbəbilə qaçaraq Vana gəlib. Həmin vaxt ataları Faruk Şeyhonu müharibədə itirən ailə Van şəhərinin İpəkyolu kəndinə bağlı Serhat məhəlləsində məskunlaşıb.
Qızların anası deyir ki, 4 il əvvəl bir qızı, 4 gün əvvəl isə digər qızı anidən yox oldu. Ana uşaqlarının qaçırıldığını düşünsə də, heç kəslə düşmənçiliyinin olmadığını qeyd edib. Ərəb dilində danışan ana fəryad edir: "4 il əvvəl qızım yoxa çıxdı. Qaçırılıb-qaçırılmadığı barədə heç bir məlumatım yoxdu. Bu hadisədən 4 il sonra bir neçə gün öncə 19 yaşlı digər qızım da evdən çıxıb və bu müddətdə ondan da heç bir xəbər yoxdu. Digər qızımın qaçırılmağı ilə əlaqəlidirmi, bilmirəm. Bu günə qədər 2 qızımdan da xəbər almaq mümkün olmayıb. Buna görə evə getmək istəmirəm. Evin qapısında oturub, gözləyirəm. Dövlət rəsmilərindən xahiş və tələb edirəm ki, mənə bir yol göstərsinlər. Mən savaşdan qaçıb bura gəlmişəm, sığınmışam. Bir Allaha, bir də Türkiyə dövlətinə güvənirəm. Övladlarımın tapılmasını istəyirəm".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya