4 ildir o pişik süd növbəsinə durur - FOTOLAR

Görənləri həm güldürür, həm də təəcübləndirir
İzmirdə tam 4 ildir hər gün süd içmək üçün məhəllə sakinlərindən əvvəl süd növbəsinə duran sevimli küçə pişiyi görənləri heyrətə salır.
Karşıyakada yaşayan vətəndaşlara hər gün səhər süd paylayan südçü Mustafa Aksakalın, müştərilərlə bərabər yolunu gözləyənlərdən biri də küçə pişiyidir. Hər səhər vətəndaşlardan əvvəl sıraya duran, südçünün gəlməsini gözləyən küçə pişiyi, görənləri həm güldürür, həm də təəcübləndirir. Pişik südçü gələnə qədər yerindən ayrılmır. Pişiyə ilk sıranı uduzan vətəndaşlar isə dərhal arxasına keçərək sıraya düzülür.
Əvvəl pişiyə südün verilməsini gözləyən vətəndaşlar, alverlərini pişiyin qarını doyduqdan sonra edir. Tam 4 ildir hər gün eyni şəkildə südçüsünü gözləyən pişik, qarınını doyurduqdan sonra südçü gedənə qədər yanından ayrılmır.
Südçü Mustafa Aksakal, "Hər gün gəldiyim zaman gözləyir və 4 ildir belə, hər gün ilk onu görürəm. İlk sırada həmişə o olur. Əvvəl onun südünü veririk, sonra müştərilərimizə veririk. Burada bir ailə kimiyik” deyir. (Milliyət)
Vətəndaşlardan biri isə hər səhər pişiyi müşahidə etdiklərini söyləyir: "Hər gün belə sıraya giririk. Südçü gəlir, növbədə gözləyirik, süd götürürük. Ən ön sırada isə bir pişik var. Bazar günləri xaric hər gün belədir. Birincilik pişikdədir. Südçü də gəlincə əvvəl onu yola salır. Sonra arxasındakı ilk adamdan başlayır. Ona heyvan demək səhv olar, insanlardan daha qiymətli olan bir varlıqdır.”