40 il həbs cəzası gözləyir

Polis məmuru qaradərili vətəndaşı dizi ilə basıb öldürmüşdü

ABŞ-ın Minnesota ştatında həbs edilərkən zənci Floydun boynunu dizi ilə əzərək onun ölümünə səbəb olan keçmiş polis məmuru Derek Çavinin məhkəməsi bu gün başlayıb.

Floydun ölümünə səbəb olan polis məmurunun 40 ilə qədər həbs cəzası ala biləcəyi bildirilir.

Hakim qarşısına çıxan məhkumun məhkəməsi 15 nəfərlik münsiflər heyəti ilə keçiriləcək. Belə ki, məhkəməni ədalətli keçirmək üçün seçilən heyətin 9-u ağ, 6-sı qaradərili və ya digər etnik qruplardan ibarətdir. 

Məhkəmə zamanı münsiflər polisin qaradərili şəxsi saxlayarkən onun boynuna basıb öldürdüyü anın videosu göstərilib. Davanın təxminən 1 ay çəkəcəyi təxmin edilir.

Floydun bu şəkildə ölümü, uzun müddətdir qaradərili vətəndaşlarla polis rəftarının müzakirə olunduğu ABŞ-da güclü qarşıdurmalar təhlükəsi əleyhinə bir sıra önləmlər alınıb.