Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan ilə Türkiyə prezidenti Abdullah Gülün maraqla gözlənilən təcili görüş Çankaya iqamətgahında gerçəkləşdirilib.
Təxminən bir saat davam edən görüşlə bağlı heç bir açıqlama verilməyib.
Prezident seçkiləri öncəsi mətbuata gizli gerçəkləşdirilən görüş barədə ilk məlumatı dünən baş nazir Ərdoğan vermişdi:
"Biz görüşlərimizə davam edirik, sabah axşam bir görüşümüz var, amma bu mövzu ilə əlaqədar son görüşümüz deyil. Yekun danışıqlarımız mənim müşavirələrimin bitməsindən sonra olacaq", - deyə Türkiyə baş naziri vurğulayıb.(anspress)