Tikintidə yıxıldı, başının yarısını kəsdilər

Başının yarısını itirən rumıniyalı görənləri şoka salır





Bir iş qəzası nəticəsində başının yarısını itirən rumıniyalı fəhlə görənləri şoka salır. Ailem.az-ın xarici mətbuata istinadən xəbərinə görə, təxminən 1 il əvvəl işlədiyi inşaatda müvazinətini itirərək yıxılan 24 yaşlı Elvis Romeo Linqurarın başı parçalanıb. Başının sol tərəfi tamamilə əzilən Elvisi həyata qaytarmaq üçün çalışan həkimlər onun baş sümüyünün sol tərəfini götürməli olublar. Livada yaşayan bu işçi 3 gün komada qaldıqdan sonra yenidən həyata sarılmağa başlayıb. 2 həftə sonra sarğısı açılan Elvis başının bir hissəsinin yox olduğunu görərək şoka düşüb. Elvis başının sol tərəfinə protez qoydurmaq istəyir, ancaq əməliyyat üçün lazım olan 900 avronu tapa bilmədiyi üçün çarəsiz vəziyyətdədir.