İstanbulda 1 may gərginliyi: 38 nəfər yaralanıb

Polis Taksim meydanına bütün girişləri bağlayıb

 


İstanbulda 1 may - əmək gününü qeyd etmək istəyənlərlə polislər arasında toqquşmalar olub.
Yürüş iştirakçıları Taksim meydanına daxil olmaq istəyiblər. Polis qüvvələri yürüş iştirakçılarının meydana girişinin qarşısını alıb. Nəticədə nümayişçilər polisə daş və içərisində alışdırıcı maye olan şüşə qablar atıblar. Polis yürüş iştirakçılarına qarşı gözyaşardıcı qazdan, su şırnaqlarından istifadə edib.
Qarşıdurmalar nəticəsində 38 nəfər yaralanıb.
Hazırda İstanbulda polis Taksim meydanına bütün girişləri bağlayıb.
Mitinqdə Cümhuriyyət Xalq Partiyasından olan millət vəkilləri də iştirak edir.