Ramiz Əzizbəyli yaxşı danışa bilmir





Martın 27-si Mərkəzi Gömrük Hospitalına yerləşdirildikdən 4 gün sonra evə buraxılan xalq artisti Ramiz Əzizbəylinin səhhətindən xəbər var. Lent.az-a açıqlama verən R. Əzizbəylinin həyat yoldaşı Zümrüd Əzizbəyli bildirib ki, xalq artistinin vəziyyəti normaldır: "Ramiz bəy aprel ayından evdə müalicə olunur. Müalicə həkimi Maya xanım dərmanlarını atmağı və idman etməyi tapşırıb. Tapşırıqları yerinə yetiririk. Amma nitqi o qədər də yaxşı deyil. Yaxşı danışa bilmir. Özünü ifadə edən zaman bir az çətinlik çəkir. Amma buna baxmayaraq, müalicə kursu yaxşı davam edir. Həkimlərimizə inanıram”.
Qeyd edək ki, R. Əzizbəyli fevralın 21-də yaşadığı binanın qarşısında keçirdiyi avtomobil qəzasından sonra beyin insultu diaqnozu ilə Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasına yerləşdirilmişdi. Daha sonra müalicəsini Mərkəzi Gömrük Hospitalında davam etdirirdi.