Dövlət ittihamçısı Gülər Əhmədovaya verilən cəzanın qüvvədə qalmasını istədi






Bakı Apellyasiya Məhkəməsində həbsdə olan sabiq deputat Gülər Əhmədovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.
APA-nın xəbərinə görə, hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Rəsul Abbasov çıxış edərək Gülər Əhmədovanın təqsirinin öz təsdiqini tapdığını, onun çıxışının özünü müdafiə xarakteri daşıdığını deyib.
Prokuror məhkəmədən apellyasiya şikayətinin təmin olunmamasını və hökmün qüvvədə saxlanmasını istəyib.
Proses davam etdirilir.
Qeyd edək ki, günün birinci yarısında məhkəmədə Gülər Əhmədova ifadə verib. Daha sonra prosesdə istintaqın tamamlanması barədə müzakirələr aparılıb.
G. Əhmədova və vəkilləri istintaqın tamamlanmasına etiraz ediblər. Lakin məhkəmə istintaqın tamamlanması barədə qərar qəbul edib.