Novruz Məmmədov: “Hərdən elə təəssürat yaranır ki, cənab Uorlik Dağlıq Qarabağ münaqişəsini “Twitter”də həll etmək istəyir”





 Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Ceyms Uorlikin "Twitter” səhifəsində Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yazdıqlarına münasibət bildirib.

APA-nın məlumatına görə, N. Məmmədov amerikalı həmsədrin yazışmalarından onun Dağlıq Qarabağ münaqişəsini "Twitter”də həll etmək istəməsi təəssüratının yarandığını yazıb.
"Hərdən elə təəssürat yaranır ki, cənab Uorlik Dağlıq Qarabağ münaqişəsini "Twitter”də həll etmək istəyir”, - deyə N. Məmmədov öz "Twitter” səhifəsində qeyd edib.