Azərbaycanda daha bir ana və körpə ölümü

Əvvəl uşaq, sonra ana dünyasını dəyişib




Bu gün Azərbaycnada yenə də doğuş zamanı ana və övladı ölüb. ANS PRESS-in bölgə müxbirinin verdiyi məluma görə, hadisə Yevlax rayonunun Xaldan kənd xəstəxanasında baş verib.
Belə ki, Mingəçevir şəhər sakini, 1983-cü il təvəllüdlü Pərvanə Vəli qızı Qurbanova doğuş üçün Xaldan kənd xəstəxanasına gətirilib. Doğu.u həyata keçirən Qiyafət Məmmədova həyata keçirib.

Doğuş təbii üsulla həyata keçirilib. Doğuş zamanı uşaq və ana dünyasını dəyişib

Məsələ ilə əlaqədar xəstəxananın mamaçası Qiyafət Məmmədova ANS PRESSS-ə bildirib ki, uşaq həddindən artıq böyük olduğu üçün doğuş prosesi ləngiyib. Bu zaman uşaq havasızlıqdan boğulub. Ana isə çox qan itirdiyi üçün ölüb.

Faktla bağlı araşdırma aparılır.