4 ay çalışdı: 116 kilodan 80 kiloya düşdü





İzmirin Torbalı qəsəbəsində yaşayan 16 yaşlı lisey şagirdi Rasim Esən, 4 ayda 5 fərqli idman proqramı tətbiq edərək 116 kilodan 80 kiloya düşdü. Cəmi 36 kilo verən Esən, bədənini formada saxlamaq üçün məşqlərini davam etdirir.

7 yaşından bu yana kilo alan Esən, 4 ay əvvəl 116 kiloya qədər kökəldi. Xüsusi paltarlar alaraq böyük çətinlik yaşadığını ifadə edən Rasim Esən, həddindən artıq kilolarından xilas olmaq üçün hərəkətə keçdi. Tətil günlərində idman salonuna yazılaraq 5 fərqli proqram tətbiq etdi. 4 ayda tam 36 kilo verən və 80 kiloya qədər arıqlayan Rasim Esən, ideal kilosuna çatdı.

Məşqçi Rəhman Axığın köməkliyi ilə Rasim Esən, hər ay ortalama 9 kilo verdi. 4 ayda 80 kiloya qədər düşən Esən, keçmiş sağlam günlərinə qovuşdu. "Əvvəlcə sağlam və nizamlı qidalanacaqsan. Şirin və qazlı içkini azaltmasanız kilo verməyiniz qeyri-mümkündür. Məşqçilərimin təyin etdiyi proqram daxilində iş gördüm və hədəflədiyim kiloya çatdım. İndi əzələli bir bədənə sahib olmaq üçün çalışıram” deyə Rasim bildirib.