Kerridən Putinə çağırış: “Sözdən işə keç, terrorçuları dəstəkləmə”





ABŞ-ın dövlət katibi Con Kerri Rusiya prezidenti Vladimir Putini sözdən işə keçməyə, Ukraynanın şərqindəki terrorçuları dəstəkləməməyə çağırıb.
Lent.az-ın "Gazeta.ru”-ya istinadən məlumatına görə, bu haqda xəbəri "Röyter” yayıb.
Məlumata əsasən, Kerri bu bəyanatı NATO-ya üzv dövlətlərin xarici işlər nazirlərinin görüşünün nəticələri ilə bağlı keçirdiyi mətbuat konfransında açıqlayıb.