Yenə Doğum Evi, yenə ana ölümü...

Qeysəriyyə əməliyyatı olunan qadın narkozdan ayılmayıb




Azərbaycanın Zaqatala rayonunda doğuş zamanı ana ölümü faktı qeydə alınıb. APA-nın məlumatına görə, hadisə bu gün Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Doğum Evində baş verib. Rayonun Bəhmədli kənd sakini Durmuşova İlahə Nəzir qızı qeysəriyyə əməliyyatı olunub, körpə götürülüb, ana isə narkozdan ayılmayaraq dünyasını dəyişib.
Qeyd edək ki, bu, ananın birinci doğuşudur.
İ. Durmuşovanın ölümünün səbəbi aparılan araşdırmalardan sonra məlum olacaq.