Ərdoğanı hava limanında Mustafa Sandal qarşıladı

Baş nazir müğənni ilə bir söhbət edib daha sonra hava limanından ayrılıb



Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan xüsusi təyyarə ilə İstanbula yola düşüb.

ANS PRESS-in məlumatına görə, baş naziri hava limanında qarşılayanlar arasında müğənni Mustafa Sandalın olması diqqət çəkib.

Qeyd edək ki, "Atatürk” hava limanının VIP salonunda Ərdoğanı həmçinin idman naziri Akif Çağatay Kılıç, millət vəkili Egemen Bağış, İstanbul valisi Hüseyn Avni Mutlu, təhlükəsizlik müdiri Səlami Altınok və digər əlaqədar şəxslər də qarşılayıb.

Baş nazir müğənni ilə bir müddət söhbət edib və daha sonra hava limanından ayrılıb.