Şəhərsalma və Tikinti Məcəlləsinə dəyişiklər edildi

Milli Məclisdə dəyişiklik haqda qanun layihəsi qəbul olunub


Milli Məclisin bu günki növbədənkənar iclasında Şəhərsalma və Tikinti Məcəlləsinə dəyişiklik edilməsi haqqında qanun layihəsi qəbul olunub.
Dəyişikliklərdən sonra ərazi planlaşdırılması ilə bağlı ictimai müzakirələrin təşkili və keçirilməsi qaydası "İctimai iştirakçılıq haqqında" qanunu və bu fəslin müddəaları nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tətəfindən müəyyən edilməsi müəyyən olunub.
Qanun layihəsində o da bildirilir ki, ərazi planlaşdırılması sənədlərinin yekun layihəsinin hazır olduğu gündən 10 gün müddətində sifarişçi tərəfindən ictimai müzakirələr təşkil olunur.
Mənbə