5 ildir binada qaz yoxdur
20:41 16.05.2016
Arxiv
900
Gənclər şəhərciyinin sakinləri Prezidentə və xanımına müraciət edib
Dünən "Abşeron” gənclər şəhərciyinin bir qrupu sakini Prezident İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti, millət vəkili, ölkəmizin birinci xanımı Mehriban Əliyevaya məktubla müraciət ediblər. Müraciətdə dövlət başçısından və birinci xanımdan illərdir qazsız qalan kompleksin təbii qazla təminatına diqqət ayırmaları xahiş olunur:
"Yaşadığımız şəhərcik 5 ildən artıqdır ki, istifadəyə verilib. Lakin ümumilikdə 85 blokdan yalnız 14-ü təbii qazla təmin olunub. Digər bloklarda isə təbii qazın verilməsi hələ də həllini tapmayıb. Buna səbəb tikinti şirkəti ilə podratçı şirkət arasındakı anlaşılmazlıqdır. Məhz ona görə də, qazın çəkilişi prosesi indiyədək yarımçıq qalıb. Bunun əzabını isə biz sakinlər çəkirik. Qış aylarında mənzillərdə vəziyyət dözülməz olur. Sakinlər arasında yaşlılar, uşaqlar var. Hamıdan çox onların sağlamlığı bizi narahat edir. Ümidimiz sizədir. Biz sizin humanistliyinizə, insanpərvərliyinizə güvənərək xahiş edirik ki, həmişə olduğu kimi, bu dəfə də humanist addım ataraq, problemimizin həllinə dair göstəriş verəsiniz. Ona görə ki, soyuqlar düşən kimi kompleksdə həyat iflic olur. Şəhərcik gənc ailələr üçün nəzərdə tutulsa da, burada onlara dair heç bir şərait yaradılmayıb. Bir çox əlaqədar şəxslərə və qurumlara çoxsaylı müraciətlər olunub. Hər dəfə "qaz növbəti il veriləcək” deyib bizi aldadıblar. Bütün mənzillərə qaz xətti çəkilib, sayğaclar quraşdırılıb. Lakin qaz buraxılmır. Binaların mərkəzi istilik sistemi də yoxdur. Qış aylarında mənzilləri elektrik cihazlarla qızdırırıq. Nəticədə "Azərişığ”a 120-150 manat pul ödəyirik ki, bu da az qala əmək haqqımızın yarısı deməkdir. Şaxtalı havalarda isə həmin cihazlarla mənzili qızdırmaq mümkünsüz olur. Hamımız xəstə düşürük. Neft-qaz ölkəsində xalqa məşəqqət yaşadanlara qarşı hər zaman olduğu kimi bu dəfə də sərt davranacağınıza və problemin həlli üçün müvafiq göstəriş verəcəyinizə əminik. Ümidimiz Sizədir”.
Ayyət Əhməd
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya
ABŞ-da hakimiyyət savaşı qızışır: Tramp Konqresi itirə bilər!
19:46 01.11.2026
Gündəm
Sumqayıtda avtomobil qaz xəttinə çırpıldı
19:03 01.11.2026
Hadisə
"Şərq" təkcə qəzet deyil, həm də bir ailədir...
18:28 01.11.2026
Media