Həyatını dəyişən xilaskarı İngiltərədən gəldi
Əvvəllər 50 fərqli həkimə aparılan, ancaq əzələ xəstəliyi səbəbiylə boyun əyriliyindən xilas ola bilməyən 13 yaşlı Mahendra Aşirvarın hekayəsi Liverpuldan Julie Jonesi hərəkətə gətirdi.
Mahendra Aşirvara kimsə kömək edə bilmirdi. Ancaq Liverpuldan Julie Jones adlı bir qadın onun müalicəsi üçün dəstək səhifəsi açdı. Toplanan 12 min sterlinq Aşirvarın üzünü güldürdü. Konjenital miyopati (əzələ xəstəliyi) xəstəsi olan 13 yaşlı Mahendra Aşirvarın boynu 180 dərəcə əyri idi.
"Daily Mail”in xəbərinə görə, nadir görünən bir xəstəliklə çarpışan Mahendra Aşirvarın ailəsi Mukesh Aşirvar (41) və anası Sumitra Aşirvar (36), uşaqlarına yardım etmək üçün illərini xərclədilər, amma heç kimsə onlara köməkçi ola bilmədi. İndi hər şey daha fərqlidir... Liverpulda açılan yardım səhifəsində 12 min sterlinq toplandı və Mahendra Aşirvarın həyatını dəyişdirdi.
Müalicəni mümkün edən Julie Jones oldu. O, uşağın Dehlidə onurğa iliyi cərrahı Dr. Rajagopalan Krishnana tərəfindən əməliyyata götürülməsini təmin etdi.
Dr. Krishnan və qrupu, 10 saat davam edən əməliyyatda Mahendra Aşirvarın boyundakı diskləri çıxarıb, ləyən sümüyündən sümük grefti ilə dəyişdirdilər.
Aşirvarı anası qidalandırır, duş qəbul etdirir və geydirirdi. 8 yaşlı bacıları Manisha və Surendra məktəbə gedərkən, böyük qardaşı Lalit isə onu evdə tək buraxmırdı. Yoldaşları belə onu oyunlarına yaxın buraxmır, yalnız izləməsinə icazə verirdilər. Bu dəhşətli vəziyyəti oxuyan Julie Jones, uşağa yardım etmək üçün qollarını çərmədi. "Elə bil öz oğulum idi.”
Jones, "Çox faciəvi bir hadisə idi. Əgər oğlum bu vəziyyətdə olsaydı, nə hiss edərdim deyə düşünməyə başladım” deyir. Bundan sonra bir hesab açan Jones, yardım toplamağa başladı. 28 gün içində səhifədə 12 min sterlinq yardım toplandı. (Haberturk)
Dehliyə uçmağa qərar verən Jones, "Tətilə belə İspaniyadan kənara getməmişdim və uçmaqdan qorxurdum. Amma, qanlı-canlı Mahendra ilə tanış olmaq üçün getməyə qərar verdim. Dehliyə gəldiyimdə səs-küy və eqzotik qoxular anında məni vurdu. Çətin olacaqdı, üzümə kameralar tuşlanmışdı. Özümü müdafiəsiz hiss etdim və ilk gecə güc-bəla ilə yatdım amma sonunda xəstəxanada Mahendra və ailəsi ilə tanış olduğumda, hər şeyə dəyərdi” deyə sözünə əlavə edir.