Nigeriyada 63 qız və qadın əsirlikdən qaçdı

Aprel ayında "Boko Haram" islamçı təşkilatının yaraqlıları 276 məktəbli qızı oğurlayıb

"Boko Haram" yaraqlılarının keçən həftə oğurladığı 63 qadın və qız qaça bilib". ANS PRESS-in məlumatına görə, bu haqda Nigeriya rəsmiləri bildirib. "Boko Haram" həftəsonu Nigeriya ordusuna hücuma keçəndə qızların qaça bildiyi güman olunur. Aprel ayında isə "Boko Haram" islamçı təşkilatının yaraqlıları 276 məktəbli qızı oğurlayıb, bunlardan indiyə kimi 57 nəfər qaça bilib. 219 qızın taleyi isə məlum deyil.