İstifadəyə verilən yol yenidən bağlandı

Tikilməkdə olanyol qovşağı kompleksinə daxil olan tunel tipli yol ötürücüsündə nəqliyyatın hərəkəti dayandırılıb

Azərbaycan Bakıda tikilməkdə olan yol ötürücüsü nəqliyyatın hərəkəti üçün bağlanıb. Bakının Ziya Bünyadov prospektinin Alı Mustafayev, Hüseynbala Əliyev və Əbdülvahab Salamzadə küçələri ilə kəsişməsində tikilməkdə olan yol qovşağı kompleksinə daxil olan tunel tipli yol ötürücüsündə nəqliyyatın hərəkəti dayandırılıb. "Azəryolservis” ASC-nin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, müvəqqəti olaraq istifadəyə verilmiş tunelin bağlanması köməkçi yolda asfalt-beton işlərinin başa çatması ilə əlaqədardır. Belə ki, Salamzadə küçəsindən Z.Bünyadov prospekti ilə Azadlıq prospektinin kəsişməsi istiqamətinə hərəkət edən nəqliyyat vasitələri artıq köməkçi yoldan istifadə edə bilərlər. Hazırda yol ötürücüsündə son tamamlanma işləri davam etdirilir.