İrəvandan uçan təyyarə məcburi eniş etdi

Hadisə nəticəsində sərnişinlər xəstəxanaya yerləşdirilib

İrəvandan Rostov-na-Donuya uçan sərnişin təyyarəsi ötən gecə qəfildən istiqamətini dəyişib. ANS PRESS-in məlumatına görə, Rusiyanın "Utair” şirkətinə məxsus sərnişin təyyarəsi Minvod hava limanında məcburi eniş edib. Sərnişinlər təşvişə düşüb. Təyyarə 23:10-da Rostov-na-Donuya çatmalıydı. Lakin naməlum səbəblərdən təyyarə Minvod aeroportuna eniş edib. Sərnişinlər təyyarədən təxliyyə edilib. Onların əksəriyyəti təcili yardım maşınları ilə xəstəxanalara yerləşdiriliblər. Bir müddət sonra sərnişin təyyarəsi yoluna davam edib. İrəvandan Rostov-na-Donuya uçan sərnişin təyyarəsinin niyə məcburi eniş etdiyi barədə məlumat verilmir.