Rəqsanə avtomobil qəzasına düşdü

Avtomobili müğənninin sürücüsü idarə edirmiş

Dünən Bakıda zəncirvari yol qəzası baş verib. APA bildirir ki, qəzaya uğrayan avtomobillərdən biri müğənni Rəqsanə İsmayılovaya məxsusdur. Hadisə Bakıxanov küçəsində qeydə alınıb. "BMW X6” markalı avtomobil əvvəlcə "Daewoo” markalı avtomobilə çırpılıb. "Daewoo” isə "Chevrolet” markalı maşına dəyib. Toqquşmadan sonra "BMW X6”nın sürücüsü idarəetməni itirib və avtomobili Rəqsanə İsmayılovaya məxsus "Range Rover”ə vurub. Avtomobili müğənninin sürücüsü idarə edirmiş, Rəqsanə İsmayılovanın özü isə arxa oturacaqda olub.

Qəza nəticəsində avtomobillərə ziyan dəysə də, xəsarət alan olmayıb.