“Canı-cana qatıb sevdik”

Xumar Qədimova yeni mahnısını təqdim edib

Son vaxtlar fərqli ifaları ilə gündəmdə olan bəstəkar-müğənni Xumar Qədimova daha bir mahnısını təqdim edib Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi bu dəfə məşhur türk bəstəsi "Bizi kimsə ayıramaz”ı özünəməxsus tərzdə səsləndirib. Bir çox tanınmış türk müğənninin oxuduğu həmin mahnını dinləyicilər bu dəfə Xumar Qədimovanın ifasında fərqli formada eşidəcəklər. Qeyd edək ki, "Bizi kimsə ayıramaz” nəğməsi Türkiyə ilə yanaşı, dünyanın digər ölkələrində də məşhur müğənnilər tərəfindən oxunub. Onu da vurğulayaq ki, Xumar Qədimova imicində dəyişiklik edib. Sənətçi saçını boyayıb.