Erməni nazirə həbs qərarı

Arsen Avakov döyüşdə qadağan olunmuş üsullardan istifadə edib

Moskva məhkəməsi Ukrayna daxili işlər naziri Arsen Avakov haqqında qiyabi həbs qərarı çıxarıb. ANS PRESS-in məlumatına görə, məhkəmə naziri Ukraynanın cənub-şərqində gedən döyüşlər zamanı qadağan olunmuş üsulların tətbiq edilməsi, qəsdən adam öldürmə, jurnalistlərin peşə fəaliyyətinə mane olma və insan oğurluğunda təqsirli bilib. Qeyd edək ki, Ukrayna daxili işlər naziri Arsen Avakov erməni əsillidir. Xatırladaq ki, Moskva məhkəməsi bir müddət əvvəl Ukraynanın Dnepropetrovsk vilayətinin qubernatoru, iş adamı İqor Kolomoysk haqqında da qiyabi həbs qərarı çıxarmışdı. Bundan başqa Rusiya Arsen Avakovu və İqor Kolomoyski beynəlxalq axtarışa verib.