“İnanın ki, qələbə paradı olacaq”

Lavrov: “Heç kim Krıma girməyə cürət etməsin!”

"Krım və Sevastopola hücum Rusiya Federasiyasının adekvat reaksiyası ilə nəticələnəcək”. Vesti.ru xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib. "Əgər söhbət Rusiya ərazisi olan Krım və Sevastopola hücumdan gedirsə, mən heç kimə bunu etməyi məsləhət görmürəm. Bizim milli təhlükəsizlik doktrinamız var. Orada çox dəqiq göstərilib ki, belə hallar baş verəcək”, - o əlavə edib. Qeyd edək ki, Ukraynanın müdafiə naziri Valeriy Qeletey Sevastopolda hərbi parad keçirəcəyini vəd edib. "İnanın ki, qələbə paradı olacaq! Ukraynanın Sevastopol şəhərində”, - o vurğulayıb. Xatırladaq ki, bu ilin mart ayında Rusiya Krımı və Sevastopol şəhərini ilhaq edib. Əksər dünya dövlətləri Rusiyanın bu addımını işğal kimi dəyərləndirirlər.