Bakıda 41 yaşlı kişinin belindən tapança çıxdı






Bakıda silahlı şəxs saxlanılıb. Xətai rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, 37-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, N.Şükürov küçəsində əvvəllər məhkum olunmuş Bakı şəhər sakini, 1973-cü il təvəllüdlü Əflatun Salmanov saxlanılıb. Onun bel kəmərinin alt hissəsindən nömrəsiz «Makarov» markalı tapança, 1 ədəd daraq və 3 ədəd patron götürülüb.
Ə.Salmanov daha əvvəl Cinayət Məcəlləsinin 126 və 234-cü maddələri ilə həbs edilib.