Polislər keçmiş məhbusdan ilah-sursat götürüblər






Bakıda keçmiş məhkumdan silah-sursat götürülüb. Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən verilən məlumata görə, əməliyyat Xətai rayon Polis İdarəsi 37-ci polis bölməsi əməkdaşları tərəfindən həyata keçirilib.
Keçirilən əməliyyat tədbirləri nəticəsində N.Şükürov küçəsində 1973-cü il təvəllüdlü Əflatun Salmanovdan 1 ədəd "Makarov" markalı tapança, 1 ədəd daraq və 3 ədəd patron görürülüb.
Faktla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir
Qeyd edək ki, Ə.Salmanov əvvəllər məhkumluq həyatı yaşayıb.
Faktla bağlı araşdırma aparılır.