Bayram namazının vaxtı məlum oldu

Namaz Təzəpir və Əjdərbəy məscidində qılınacaq




Qafqaz Müsəlmanları İdarəsi Ramazan ayının bayram namazının qılınacağı tarixi açıqlayıb.
QMİ-nin mətbuat xidmətindən  verilən məlumata görə, Qafqaz Müsəlmanları İdarəsi bildirir ki, bu il mübarək Ramazan ayının bayram namazı iyulun 29-da Əjdərbəy məscidində isə saat 8.00-da, Təzəpir məscidində isə saat 9:00-da qılınacaq.
QMİ bəyan edir ki, iyulun 28-i bayram axşamıdır.
Qeyd edək ki, həmin tarixlər Azərbaycan hökuməti tərəfindən rəsmən bayram günləri elan edilib və qeyri-iş günüdür.
Allah oruc və namazlarınızı qəbul etsin!