Levandoviski "Bavariya"da siftə etdi





Almaniyanın "Bavariya" klubunun yeni transferi Robert Levandovski yeni komandasının heyətində ilk oyununa çıxıb. Sportnet.az-ın məlumatına görə, polşalı futbolçunun debütü uğurlu alınıb və "Duysburq"a qarşı keçirilən yoxlama görüşündə bir qol vurub.
Qarşılaşma 1:1 hesabı ilə başa çatıb. "Duysburq"un heyətində Schnellhardt fərqlənib.
Qeyd edək ki, son mövsüm Dortmund "Borussiya"sının heyətində yer alan 25 yaşlı hücumçu yay transfer dövründə "Bavariya" klubuna keçib.