Bakıda maskalılar şirkətə basqın edib pulla dolu seyfi apardılar

Onlardan biri tutulub





İyulun 3-də Bakıda törədilmiş quldurluq əməlinin üstü açılıb. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, K.Rəhimov küçəsində yerləşən "Gilan Aqro” MMC-yə məxsus ofisə 2 nəfər maskalı şəxs açıq qapıdan daxil olmaqla 1957-ci il təvəllüdlü mühafizəçi İntiqam Axundova zor tətbiq etməklə, əllərini skoçla bağlayıb mühasibat otağından, içərisində 60 min manat, 4180 ABŞ dolları olan dəmir seyfi aparıb. Nərimanov RPİ CAŞ, TŞX və 18-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, quldurluqda şübhəli bilinən Bakı şəhər sakini, 1981-ci il təvəllüdlü Elnur Məmmədov tutulub, cinayətdə şübhəli bilinən digər şəxsin tutulması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.
Araşdırmalar davam etdirilir.