Nazpəridən İlhaməyə CAVAB: “Əlimdə faktlar var”





Xalq artistləri İlhamə Quliyeva ilə Nazpəri Dostəliyevanının məhkəmə çəkişmələrinə Ali Məhkəmə tərəfindən baxılıb və yekun qərar verilib. Xalq artisti Nazpəri Dostəliyevanın vəkili Yunis Vəliyev məhkəmənin nəticələri haqqında Lent.az açıqlama verib: "Bu gün Azərbaycan Respublikası Ali Məhkəməsində Bakı Apelyasiya məhkəməsinin qərarında verdiyimiz kasasiya şikayətinə baxılıb. Şikayətimiz qismən təmin edildi. Cərimə məbləği 25 min manat müəyyən edilib. Onların istəyi 500 min manat idi, məhkəməyə hakim Qəhrəman Allahverdiyev sədrlik edirdi. Ali məhkəmənin qərarı bizə təqdim edilmədiyi üçün təəssüf ki, ətraflı məlumat verə bilmirik. Qərar təqdim olunan kimi detallar açıqlanacaq”. Xalq artisti Nazpəri Dostəliyeva isə yekun nəticənin yaxşı olacağına inandığını bildirib: "Qərar hələ tam açıqlanmayıb. Əlimdə faktlar, sübutlar var. Başqa instansiyalara da müraciət olunacaq. İnanıram ki, həqiqət qalib gələcək. Bu, son deyil”.