Kəlbəcərdə girov düşənlərin yaxınları aksiya keçirir




Girov götürülmüş Şahbaz Quliyevin qohumları və ailə üzvləri bu gün Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Bakı ofisinin qarşısına toplaşıblar. Lent.az-ın azxeber.com-a istinadən verdiyi məlumata görə, onlar Qırmızı Xaç Komitəsinin əsir götürülənlərin işi ilə bağlı heç bir tutarlı addım atmamasını və prosesin uzadılmasından narahat olduqlarını deyiblər.