ATƏT bəyanat yayacaq

Minsk qrupunun həmsədrləri yaranmış vəziyyətdən narahatdır



ATƏT-in Minsk qrupunun həmsədrləri bu gün Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttindəki yeni zorakılıq faktlarından narahat olduqları üçün bəyanat yayacaqlar. Bu barədə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Twitter səhifəsində yazıb.

Ceyms Uorlik Minsk qrupunun nümayəndələrini və ATƏT-in baş katibini Dağlıq Qarabağ münaqişəsinə dair son müzakirələr barədə məlumatlandırmaq üçün Vyanaya yollandığını yazıb.

Xatırladaq ki, ötən gün ATƏT-in Minsk qrupunun həmsədrləri Brüsseldə Avropa İttifaqı Şərq Tərəfdaşılığı proqramına daxil olan ölkələrin xarici işlər nazirlərinin 5-ci görüşü çərçivəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşüblər.