Pulsuzluqdan bunu etdi

"5 evliliyim də ayrılıqla nəticələndi"


Samsunda mümkünsüzlükdən körpəsini tərəvəz yeşiyində sürüyən ana maraqlı görünüşlərə səbəb oldu.
 5 evlilik keçən, 5 uşaq anası S.Kinin halı ürək ağrıdır. Pulsuzluqdan 1 yaşındakı körpəsini tərəvəz qutusunda daşıyan çarəsiz ana S.Kinin başına gələnlər filmlərə mövzu olacaq vəziyyətdədir. Həyatında 3-ü dini, 2-i rəsmi nikah olmaq üzrə, 5 dəfə evlilik yaşayan 23 yaşındakı 5 uşaq anası S. K, əlindəki ipin köməyi ilə körpəsini tərəvəz qutusunda daşıyır. Samsunun prospekt və küçələrində 1 yaşındakı körpəsini Y.Ki vətəndaşların çaşmış baxışları arasında tərəvəz qutusuna qoyub, ipin köməyi ilə sürüyən və olabiləcək təhlükələrə varmayan ana S.Kinin izah etdikləri dəhşətdir.

5  uşağı olduğunu söyləyən ana S. K, "5 dəfə evlilik etdim, 5 uşaq oldu. 5 evliliyim də ayrılıqla nəticələndi. Ayrılınca 3 uşağımı uşaq evinə vermək məcburiyyətində qaldım. Biri də atasında qalır. Amma mən onu heç görə bilmirəm. İkinci həyat yoldaşım məni satışa çıxarmağa çalışdı, mən də  qaçdım. Ondan sonra başqasıyla tanış oldum ayrıldım, yenə başqasıyla evləndim ayrıldım deyərkən 5 dəfə evlilik etdim" dedi.
Maddi çətinlik üzündən körpəsini  avtomobilə götürə bilmədiyini söyləyən ana S. K, "Bu qutunu bir yerdən tapdım. Uşağımı bunun içinə qoyub, belə iplə sürüyüb aparıram. Qadın sığınma evinə müraciət edəcəyəm, götürsələr baxaq. Səlahiyyətlərdən uşaq evində qalan uşaqlarımı mənə vermələrini və pul köməyi edilməsini istəyirəm" deyə danışdı.
İHA-yə etdiyi şərhin dərhal ardından Samsun İctimai Siyasətlər El Müdirliyinə müraciət edən qadın, uşağı ilə birlikdə 19 May Qadın Qonaqevinə yerləşdirildi.