Ginekoloq xəstələrinin gizlicə fotoşəkilini və videolarını çəkirmiş

Dünyanın ən hörmətli xəstəxanası xəstələrinə 190 milyon dollar ödəyəcək



Dünyanın ən hörmətli xəstəxanalarından olan  Johns Hopkins, xəstələrinə 190 milyon dollar ödəyəcək. Qərarın səbəbi isə xəstəxanada çalışan bir ginekoloq xəstələrinin görüntülərini saxlamasıdı.

"Wall Street" jurnalının xəbərinə görə, ABŞ-da olan dünyanın ən hörmətli xəstəxanalarından Johns Hopkins, keçən il xəstəxanada çalışan ginekoloq Dr. Nikita A. Levyin, xəstələrinin görüntülərini saxlaması səbəbiylə ona qarşı iddia açılmışdı. Məhkəmənin qərarına görə xəstəxana, həkimin xəstələrinə cəmi 190 milyon dollar ödəyəcək.
İllər boyunca xəstələrinin gizlicə fotoşəkilini və videolarını çəkən Dr. Levy, hadisənin araşdırılmasından sonra 2013-cü ilin fevralında xəstəxanadan qovulmuşdu. Evində 1000-dən çox video və fotoşəkil olan Levy, daha sonra intihar etmişdi.
Hadisənin ortaya çıxmasından sonra 8 min pasiyent, xəstəxananın vəziyyəti daha erkən fərq etməsi lazım olduğu düşüncəsiylə iddia açmışdı. Həkimin xəstəxanadakı 25 illik iş həyatı boyunca baxdığı xəstə sayı isə 12 min 600 olub.