Orduda silahlı insident

Əsgər əlindəki avtomat silahdan açılan atəş nəticəsində yaralanıb




 Azərbaycan Ordusunda silahlı insident olub. APA-nın məlumatına görə, hadisə Müdafiə Nazirliyinin Murovdağda yerləşən "N” saylı hərbi hissəsində qeydə alınıb.
Hərbi hissənin əsgəri Polad Malik oğlu Bayramlı əlindəki avtomat silahdan açılan atəş nəticəsində yaralanıb. Əsgər hospitala yerləşdirilib. Onun vəziyyəti orta-ağır qiymətləndirilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən də faktı təsdiqləyiblər.
Faktla bağlı araşdırma aparılır.