Ukraynada səfərbərlik elan edildi






 Ukrayna prezidenti "qismən səfərbərlik haqqında" qanun imzalayıb.
Prezident Pyotr Poroşenkonun imzaladığı sərəncam barədə dövlət başçısının mətbuat xidmətindən bildirilib.
Bildirilib ki, qanun dərc edildiyi gündən qüvvəyə minir.
Xatırladaq ki, 22 iyulda Ali Rada "qismən səfərbərlik haqqında" fərmanı dəstəkləyib. Səfərbərlik Ukraynanın bütün regionlarında sənədin qüvvəyə mindiyi gündən 45 gün ərzində həyata keçirilir.

Ehtiyatda olan hərbiçilərin dəqiq sayı isə hələlik məlum deyil.