7 yaşındakı qızın qatillərini linç etdilər






Tez-tez təcavüzlərlə gündəmə gələn Hindistandan şok edən görüntülər yayılıb... 7 yaşındakı bir qızı öldürüb ağaca asmaqda günahlandırılan 3 adam linç edilib. Təcavüzdə günahlandırılan adamlardan biri ölüb, 2-nin vəziyyəti ağırdır. Qeyd edək ki, bir müddət əvvəl Hindistanın Kaliabazar şəhəri yaxınlarında təcavüz edilən 7 yaşındakı qız ağacdan asılmış vəziyyətdə tapılmışdı. Əhali hadisədən bir gün əvvəl qızın yanında gördükləri yerli bir din adamı Ratan Das və onun iki yoldaşını günahlandırırdı. Bundan sonra çevrəyə alınıb ölümünə qədər döyülən şəxsl
ərdən biri həyatını itirib, ikisinin vəziyyəti isə olduqca ağırdır./modern.az/