İsrail Ərdoğana verdiyi mükafatı geri almaq istəyir

Baş nazirin tənqidləri Amerika Yəhudi Konqresinin xoşuna gəlməyib





Yəhudi Konqresi Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğana verilən "Cəsarət" mükafatını geri istəyib.
Yəhudilər bu addımı Ərdoğanın son dövrdəki tənqidləri səbəbiylə atıb. Ərdoğanın Qəzza hücumu səbəbiylə İsrailə yönəltdiyi sərt tənqidləri sonrası konqresin fikri tamam dəyişib.
İsrail lobbisinin aparıcı quruluşlarından sayılan Amerika Yəhudi Konqresi bu mükafatı 2004-cü ildə Ərdoğana vermişdi. Bu mükafat Ərdoğana terrorizmlə müharibə, İsrail və Fələstin probleminin sülh yolu ilə həllini tapma və Türkiyədəki yəhudiləri qoruma səylərinə görə təqdim edilmişdi.
Qeyd edək ki, İsrailin Qəzza hücumu sonrası Ərdoğan Təl Aviv rəhbərliyini fələstinlilərə qarşı soyqırım cinayəti işləməklə günahdırıb./anspress.com/