Kənan M.M. azadlıqda olduğuna görə şükür edir





Azadlığa buraxılan rejissor Kənan M.M. təəssüratlarını sosial şəbəkədə bölüşüb. Lent.az-ın məlumatına görə, azadlığa çıxan rejissor dostlarına çox sağ ol deyib: "Heç kim sabahına cavabdeh deyil. Ən böyük nemət azadlıqdır. Bütün arxamda duran dostlarıma, məni sevənlərə təşəkkür edirəm. Özümü böyük bir ailənin üzvü hiss etdim. Yaxşı ki, varsınız. Bəzi şeyləri dualarınıza borcluyam. Halal edin”.
Daha sonra Lent.az-ın əməkdaşı Kənan. M.M.-lə əlaqə saxlayıb. Dəstəyi götürən rejissor həbsi barədə geniş danışmaq istəmədiyini: "Mən bu mövzu barədə danışmaq istəmirəm. Danışmayacam”.
Qeyd edək ki, Kənan M.M. barəsində Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinasyəişi açılıb.