3 yaşındakı uşaq sükanda

Məsuliyyətsiz sürücü, vətəndaşların xəbərdarlıqlarına əhəmiyyət vermədi




Adanada tıxacın sıx olduğu prospektdə bir avtomobilin sürücüsü, qucağına aldığı təxminən 3 yaşındakı uşağa sükanı əmanət edincə qarışıqlıq yaşatdı.
Mərkəz Seyhan Mahalında Əli Münif Yeğenağa Prospektindən Taşköprü istiqamətinə gedən 27 YL 889 nömrəli avtomobildə yol hərəkəti qaydalarını saymayan şəxsiyyəti naməlum sürücü, özüylə birlikdə avtomobilin içindəki üç adamın həyatını təhlükəyə atarkən, eyni yoldakı sürücülərin və piyadaların reaksiyasını çəkdi. Məsuliyyətsiz sürücü, vətəndaşların xəbərdarlıqlarına əhəmiyyət vermədən, uşağa sükanı tutdurmağa davam edib, gözdən itib.