Şəhidimizin son statusu: “Bilsəm ki, cənazəmə gələrsən, onda ölərəm...”





"Bilsəm ki, cənazəmə gələrsən, onda ölərəm...” Lent.az-ın məlumatına görə, bunu ötən gecə düşmən gülləsinə tuş gələn şəhid Səftər Məmmədov öz facebook səhifəsində yazıbmış. Əslən Salyan rayonunun Seyidsadıqlı kəndindən olan gəncin bu sözləri sevdiyi qıza görə yazdığı güman edilir.

"Sənin üçün o qədər darıxmışam ki, bilsəm ki, cənazəmə gələrsən, onda ölərəm”.
Qeyd edək ki, S.Məmmədovun ailəsinə onun şəhid olması ilə bağlı məlumat verilib.