Fazil Mustafa: “Müharibənin gedişində matəm elan olunmur”






”Sual verirlər ki, şəhidlərimizə görə matəm elan edək, ya etməyək? Əlbəttə onları layiqli şəkildə dəfn etməliyik, ailələrinin qayğısına qalmalıyıq. Ancaq müharibənin gedişində matəm elan olunmur”. Lent.az-ın məlumatına görə, bu fikirləri millət vəkili, Böyük Quruluş Partiyasının rəhbəri Fazil Mustafa bildirib. O, cəbhədə şəhid olan hərbçilərimizə görə matəm elan edilməsinin deyil, növbəti döyüşün hazırlıqlarına başlanmasını məqsədəuyğun hesab edir: "Belə vəziyyətlərdə sadəcə buraxılan səhvlər düzəldilərək növbəti döyüşə hazırlaşılır”.