Tovuz da atəşə tutuldu

Şəhid əsgərlərdən birinin cənazəsi Tovuza gətirilir




 Erməni Tovuz rayonunun Əlibəyli kəndində yerləşən mövqelərimizi atəşə tutublar. Bu barədə ANS PRESS-ə Tovuz Rayon İcra hakimiyətindən məlumat veriblər. Bildirlib ki, ötən gecə erməni hərbi birləşmələri Əlibəyli kəndi istiqamətində atəşkəsi pozublar. Atəşkəsin pozulması intensiv xarakter almayıb: "Sakinlər və həbçilərimizin xəsarət almayıb. Hazırda bölgədə sakitlikdir. Mövqelərimiz atəşə tutulub. Düşmən cavab atəşi ilə susdurulub”.

İcra hakimiyyətindən həmçinin bildiriblər ki, Ermənistanla ön cəbhədə düşmənin təxribatlarının qarşısının alınması istiqamətdə döyüşdə şəhid olan daha bir hərbçinin biri Tovuz rayonundan hərbi xidmətə çağırılmış Vüqar Poladovdur. Onun rayonun Aşağı Öysüzlü kəndindən olduğu bildirilir: "Hazırda onun cənazəsi rayona gətirilir”.

Allah rəhmət eləsin!

Qeyd edək ki, iyulun 31-dən avqustun 1-ə keçən gecə erməni kəşfiyyat-təxribat qrupları Ağdam və Tərtər rayonları ərazisində qoşunların təmas xəttini keçməyə cəhd göstərib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Silahlı Qüvvələrimizin bölmələrinin sayıqlığı nəticəsində düşmənin səngərlərimizə yaxınlaşması qabaqcadan aşkar edilərək təxribatın qarşısı alınıb.