Ermənilərin snayperlə vurduğu Azərbaycan hərbçisi Ağdamda dəfn edilib





Ötən gün cəbhənin Ağdam rayonunun Çıraqlı kəndi istiqamətində düşmən snayperindən açılan atəş nəticəsində şəhid olan hərbçi Əhmədov Qaryağdı Eldar oğlu dəfn edilib.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, Qaryağdı Əhmədov Quzanlı kənd qəbiristanlığında torpağa tapşırılıb.
Müddətdən artıq xidmət edən 1992-ci il təvəllüdlü Q. Əhmədov Ağdam rayonunun işğal olunmuş Saybalı kəndində anadan olub.