“Azərbaycan və Ermənistan ümumi dil tapacaq”

Gürcüstan prezidenti də narahatçılığını bildirib

Gürcüstan hakimiyyəti əmindir ki, Azərbaycan və Ermənistan ümumi dil taparaq razılığa gələcək. APA-nın "Qruziya Online” saytına istinadən verdiyi xəbərə görə, bunu Gürcüstan prezidenti Georgi Marqvelaşvili deyib. "Gürcüstan bizim qardaş dövlətlərimiz arasında yaranmış vəziyyətdən narahatdır”, - deyə o, söyləyib. G. Marqvelaşvili bölgədə gərginliyin azaldılması istiqamətindəki çağırışlara qoşulduğunu bildirib: "Bu, həm Azərbaycan və Ermənistan, həm də bölgə üçün çox böyük əhəmiyyət daşıyır. Bölgədə sabitlik bizim hamımıza lazımdır. İki ölkə arasında dialoq davam etdirilməlidir və mən əminəm ki, onlar ümumi dil tapacaq”.