Ermənistan ordusu Ağdam istiqamətində bir neçə kəndi şiddətli atəşə tutur

Düşmənə bütün hallarda tutarlı cavab verilir



 Gecə, təxminən saat 1 radələrindən başlayaraq, Ermənistan Silahlı Qüvvələri Ağdamın işğal altında olan Baş Qərvənd kəndindən Çıraqlı kəndini və Azərbaycan ordusunun üzbəüz mövqelərini, o cümlədən, işğal altında olan Şıxlar kəndindən Orta Qərvənd kəndini, həmçinin Azərbaycan ordusunun üzbəüz mövqelərini avtomat və iriçaplı silahlardan atəşə tutur.
APA-nın bölgə müxbirinin verdiyi xəbərə görə, hazırda cəbhənin Ağdam istiqamətində atışmalar davam edir.
Düşmənə bütün hallarda tutarlı cavab verilir.