Günel Anarqızına daha bir plagiat ittihamı






Tanınmış yazar Günel Anarqızının son günlər bəzi saytların müzakirəsinə səbəb olan "Atama məktub” yazısı ilə bağlı daha bir plagiat ittihamı irəli sürülüb.
Bu dəfə yazar-rejissor İntiqam Hacılı Qarabağın adından öz atası Azərbaycana ünvanlanan bu məktubun ona məxsus olduğunu söyləyib. Hətta bildirib ki, həmin mətn 10 il əvvəl "Kino+” qəzetində çap edilib.
Məlumatı həmin vaxtlar qəzetin redaktoru olmuş Şərif Ağayar da təsdiqləyib.(kulis.az)
Xatırladaq ki, bundan öncə Teymur Hacıyev adlı müəllif mətnin ona məxsus olduğunu, Genel Anarqızının ondan plagiat etdiyini söyləmişdi. Günel xanım isə bu ittihamı əsassız saymışdı.