Merkel: “Ukrayna böhranı ilə bağlı Putinlə danışıqları davam etdirmək lazımdır”






 "Qərbin Rusiyaya qarşı sanksiyalarına baxmayaraq, Ukraynadakı böhranla bağlı Vladimir Putinlə danışıqları davam etdirmək lazımdır”.

APA-nın İTAR-TASS-a istinadən verdiyi məlumata görə, bunu Almaniya kansleri Angela Merkel "Sächsische Zeitung” qəzetinə müsahibəsində deyib.
"Mən çalışıram ki, sanksiyalara baxmayaraq, Rusiya ilə danışıqlar qırılmasın”, – deyə Merkel qeyd edib.
Kansler əlavə edib ki, rəsmi Berlinin Ukrayna böhranındakı mövqeyi məlumdur, Ukraynanın öz müqəddəratını azad və demokratik şəkildə müəyyən etməsini dəstəkləyir: "Amma bunu Rusiya da qəbul etməlidir. Danışıqlar yolu ilə razılığa gəlmək lazımdır”.